İŞİD yaraqlılarına televizora baxmağı qadağan etdilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 14:39 | Şərh sayı: (0) | Baxılıb: 251
İŞİD yaraqlılarına televizora baxmağı qadağan etdilər
İslam Dövləti (İŞİD) terror qruplaşmasının rəhbərləri öz yaraqlılarına televizora baxmağı qadağan ediblər, Al Bawaba portalı məlumat yayıb.
İxlas.az oxu.az-a istinadən xəbər verir ki, bu əmr təşkilatın yaraqlılarını İŞİD-in fəaliyyətinin pisləndiyi xarici telekanallara baxmaqdan qorumaq üçündür.
Bundan başqa, ekstremist qrupun üzvləri bundan sonra televizorları ala, sata və təmir edə bilməzlər.
Qadağanın yerinə yetirilməsi üçün səhra komandirlərinə sərəncamında olan yaraqlıların evlərini yoxlamaq və əgər televiziya texnikası olan – resiver, antena və digər qurğular aşkar edilərsə məhv etmək tapşırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər