Neft ölkələri üçün təhlükənin siqnalı: “Daha ucuz qiymətə razıyıq” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 21:46 | Şərh sayı: (0) | Baxılıb: 349
Neft ölkələri üçün təhlükənin siqnalı: “Daha ucuz qiymətə razıyıq”
Dünya bazarında neftin qiymətinin daha da aşağı düşəcəyi proqnozlaşdırılır ki, Səudiyyə Ərəbistanından gələn bir açıqlama bu proqnozların özünü doğruldacağını söyləməyə əsas verir.
Cebhe.info xəbər verir ki, Səudiyə Ərəbistanı uzun müddət neftin daha aşağı qiymətə satışıına hazır olduğunu bildirib. Səudiyyə Ərəbistanında belə hesab edirlər ki, İrana qarşı sanksiyalar götürüldükdən sonra bazara bu ölkə tərəfindən neft çıxarılmağa başlanacaq və bu da qiymətləri daha da aşağı salacaq.
“Financial Times” qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanı yaxın zamanda neft istehsalını azaltmağı düşünmür ki, bu da büdcədəki kəsiri doldurmaq cəhdi ilə bağlıdır. OPEC-in də daha az qiymətə razılaşacağını bildirən Səudiyyə Ərəbistanının dövlət neft şirkətini rəhbəri Xalid əl-Falih “Biz daha aşağı qiymətə də razıyıq” deyə vurğulayıb. Eyni zamanda bildirb ki, ölkəsi neft bazarında balansın qorunmasında daha böyük rola malikdir.
Qeyd edək ki, səudiyyəli nazirin bu çıxışından sonra dünya birjalarında neftin qiymətində nisbətən ucuzlaşma qeydə alınıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər