"Son hadisələr Suriyada münaqişənin nizamlanması prosesinə təsir etməyəcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 10:33 | Şərh sayı: (0) | Baxılıb: 240
"Son hadisələr Suriyada münaqişənin nizamlanması prosesinə təsir etməyəcək"
Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan diplomatik qalmaqal Suriyada münaqişənin nizamlanması prosesinə təsir etməyəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimi bəyan edib.
"Bizim tərəfimizdən hər şey dəyişməz qalıb. Səudiyyə Ərəbistanı Suriya və Yəməndə münaqişələrin dinc yolla həlli istiqamətində səylərini əsirgəməyəcək, sülh səylərinə dəstək vermək üçün inadla çalışacaq", deyə A. əl-Muallimi bildirib.
Diplomat həmçinin vurğulayıb ki, indiyədək rəsmi Tehran Suriya və Yəməndə münaqişənin nizamlanmasında kifayət qədər səy göstərməyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər