Kralın təhlükəli intriqaları: nefti 20 dollara salır, amma özü də batır... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:18 | Şərh sayı: (0) | Baxılıb: 248
Kralın təhlükəli intriqaları: nefti 20 dollara salır, amma özü də batır...
Hazırda dünya neft bazarında gündəlik təklif tələbi 2 milyon barrel üstələyir.
Analitiklər bunu neft bazarında görünməmiş vəziyyət adlandırırlar. Təklifin tələbi 2 milyon barrel üstələməsi o deməkdir ki, yaxın perspektivdə neftin qiymətində ciddi artım gözləmək lazım deyil. Əksinə, qiymətin daha da aşağı düşəcəyi gözlənilir.
İspaniyanın "La Stampa" qəzeti yazır ki, neftin ucuzlaşmasının əsas baiskarı nəyin bahasına olursa-olsun, Bəşər Əsədin şiə rejimini devirmək istəyən və ABŞ-da şist nefti hasilatını çökdürməyə çalışan Səudiyyə Ərəbistanıdır.
Lakin Səudiyyə Ərəbistanının səyləri hələlik gözlənilən nəticəni verməyib. Və əvəzində vəhhabi monarxiyasının özünün iqtisadiyyatında ciddi böhran başlayıb. Gözlənilir ki, Səudiyyə Ərəbistanı gələn ay dövlət büdcəsində yaranmış kəsiri maliyyələşdirmək üçün 27 milyard dollarlıq dövlət istiqrazları buraxacaq.
Səudiyyə monarxiyasının geosiyasi intriqaları ona gətirib çıxardı ki, neft az qala bir ilin ərzində 3 dəfəyə yaxın ucuzlaşdı.
Bu, əlbəttə ki, nefti idxal edən ölkələr üçün çox sərfəlidir, lakin büdcəsi neftdən asılı olan ölkələr, o cümlədən Səudiyyə Ərəbistanının özü bundan ciddi ziyan çəkməyə başlayıb.
Belə vəziyyətdə məntiqli olardı ki, hasilat azaldılsın. Lakin Səudiyyə kralı hasilatı azaltmaqdan israrla imtina edir. Nəticədə vəziyyət getdikcə mürəkkəbləşməkdədir.
Bir çox analitiklər hesab edirlər ki, neftin qiymətinin 30 dollara enməsi artıq qaçılmazdır. Lakin ən təhlükəlisi odur ki, ucuzlaşma bununla da dayanmaycaq və barrel 20 dollara qədər enəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər