Neft hasil etmək gəlirsiz bir iş olacaq... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 12:00 | Şərh sayı: (0) | Baxılıb: 346
Neft hasil etmək gəlirsiz bir iş olacaq...
ABŞ Konqresi 2016-cı ildə neft ixracına qoyulmuş qadağanı ləğv edəcək.
Milli.Az xəbər verir ki, atv.az-ın məlumatına görə, bu barədə respublikaçı Pol Rayan bağlı qapılar arxasında keçirilən müzakirələr zamanı məsələ ilə bağlı razılaşma əldə olunduğunu bildirib.
ABŞ neft ixracına başlayarsa, onun dünya neft bazarına və xüsusilə də Azərbaycana təsiri necə olar?
"Qadağa ləğv olunarsa, Azərbaycan kimi resurslardan asılı ölkələr üçün birmənalı şəkildə arzuolunmaz nəticələr yarana bilər". Bunu atv.az-a açıqlamasında iqtisadçı Qalib Toğrul bildirib.
Onun sözlərinə görə, ABŞ neft hasilatına görə Rusiya və Səudiyyə Ərəbistanından sonra dünyada üçüncü yeri tutur: "ABŞ 1973-cü ildəki neft böhranına və ərəb ölkələrinin neft qadağasına cavab olaraq ölkədən neft ixracını qadağan edib. 40 ildir davam edən neft ixracı qadağasının götürülməsi üçün neft istehsalçıları daim çalışıblar. Amma hələ ki, bu onlara qismət olmayıb. Hətta 1 il olar ki, ABŞ neft istehsalçılarından ibarət xüsusi lobbi qrupu da yaradılıb. Bu ilin əvvəlindən neft istehsalçıları fəaliyyətlərini daha da aktivləşdirib, konqressdə və Obama administrasiyasında görüşlərini artırıblar.
Mən hesab edirəm ki, bu qadağanın götürülməsi çox çətin bir prosedurdur. Bu, xüsusi qanunvericilik dəyişikliyini nəzərdə tutur. Hər şeydən əvvəl bu məsələ neft istehsalçıları ilə neft emalçıları arasında olan məsələdir. Neft hasilatı ilə məşğul olan şirkətlər ABŞ-da belə desək, "qəpik-quruş" qazanır. Bu prosesdə əsas qazanc götürənlər neft emalı ilə məşğul olan şirkətlərdir. Neftin ixracına qadağa olduğundan istehsalçılar xam nefti çox ucuz qiymətə (10 dollardan da aşağı) neft emalçılarına satmağa məcburdur. Emalla məşğul olanlar isə bundan böyük gəlir götürürlər. Çünki ABŞ-da xam neftin ixracına məhdudiyyət olsa da, neft məhsullarının ixracına qadağa yoxdur. İndi neft istehsalçıları Konqresi inandırmaq istəyirlər ki, qadağa götürülsə, yeni iş yerləri açılacaq, büdcə gəlirləri artacaq. Bu, doğrudan da ABŞ üçün iqtisadi cəhətdən sərfəlidir.
İqtisadçı qeyd etdi ki, neft məsələsi iqtisadi məsələ olduğu qədər də siyasi məsələdir: "Ona görə mən neft ixracına qoyulan qadağanın belə tezliklə ləğv olunacağına real baxmıram. Yox, əgər qadağa ləğv olunsa, o zaman Azərbaycan kimi resurslardan asılı ölkələr üçün birmənalı şəkildə arzuolunmaz nəticələr yarana bilər. OPEK-in hasilatı artırdığı, İran neftinə qadağanın götürüldüyü, üstəlik Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırdığı şəraitdə isə bu qərar bizim üçün qat-qat ağır fəsadlar törədə bilər, ümumiyyətlə neft hasilatını bizim üçün faydasız bir iş halına gətirə bilər. Biz hələ ki, bunun nəticələri ilə bağlı qabaqlayıcı tədbirlər barədə düşünməliyik".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər