Neft bazarına ABŞ-dan dəhşətli zərbə |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 10:09 | Şərh sayı: (0) | Baxılıb: 263
Neft bazarına ABŞ-dan dəhşətli zərbə
ABŞ-da respublikaçıların və demokratların Konqresdəki fraksiyalarının liderləri ölkədən neft ixracına 42 ildir qoyulmuş qadağanın götürülməsinə dair razılıq əldə edib. Sənəd dekabrın 17-də büdcə ayırmaları haqda paketlə birlikdə Konqresin hər iki palatasında təsdiqlənəcək.
Nümayəndələr palatasının üzvü, respublikaçı Enn Vaqner deyib ki, qadağanın götürülməsinə dəstək verməklə demokratlar külək və günəş enerjisinin istehsalına vergi güzəştlərinin tətbiqinə dair qanunvericilik təşəbbüslərinə respublikaçıların dəstəyini qazanacaqlar.
ABŞ hökuməti neft ixracına 1973-cü ildə qadağa qoyub. Həmin vaxt Birləşmiş Ştatlar ərəb ölkələrinə qarşı müharibədə İsrailə dəstək verirdi. Ərəb ölkələri isə buna cavab olaraq ABŞ-a neft satışını dayandırmışdılar. Nəticədə bir neçə günün ərzində neft 3 dollardan 12 dollara qədər bahalaşdı. Neftsiz qalan ABŞ ölkə ərazisində hasil olunan neftin ixracına qadağa qoydu və onu daxili tələbata yönəltdi. Ərəb ölkələri 1974-cü ildə ABŞ-a qarşı neft embarqosunu götürsələr də, bu qadağa hələ də qüvvədə qalırdı.
Analitiklərə görə, ABŞ-dan neft ixracına qadağanın götürülməsi dünya bazarlarında neftin qiymətinə daha bir təzyiq elementi olacaq. Gözlənilir ki, yanvar ayında İrana qarşı sanksiyalar da götürüləcək və nəticədə Tehran da bazara əlavə neft çıxara biləcək. Bu isə hazırda təklifin tələbi üstələdiyi bir vaxtda neftin daha da ucuzlaşmasına səbəb olacaq. Hazırda “Brent” markalı neftin bareli 37 dollar 70 sentə satılır. Azərbaycan nefti bundan təxminən 1 dollar bahadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər