Rusiya ilin əvvəlindən xaricə 11,6 mlrd. ABŞ dolları dəyərində hərbi məhsul satıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 00:57 | Şərh sayı: (0) | Baxılıb: 272
Rusiya ilin əvvəlindən xaricə 11,6 mlrd. ABŞ dolları dəyərində hərbi məhsul satıb
Rusiya bu ilin əvvəlindən xarici dövlətlərə 11,6 mlrd. ABŞ dolları dəyərində hərbi məhsul satıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin bildirib. Onun sözlərinı görə, bu ilin əvvəlindən Rusiyanın sifariş portfeli 57 mlrd dolları ötüb və bundan sonra da artacaq.
"Bu ilin yekunlarına görə, demək olar ki, bizim hərbi-sənayə kompleksinin maraqlarını təmsil etdiyi "Rosoboroneksport" öz tapşırıqlarını yerinə yetirib. Bu vaxta kimi 11,6 mlrd. dollar dəyərində hərbi sənaye məhsulu sifarişçilərə çatdırılıb. Çatdırılmalar davam edir. Biz çox güman ki, bu ilin əvvəlində prezidentdə məruzə etdiyimiz planları yerinə yetirmiş olacağıq", - deyə Vladimir Kojin qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər