Putin Ərdoğandan üzr istəyib? İDDİA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 00:14 | Şərh sayı: (0) | Baxılıb: 298
Putin Ərdoğandan üzr istəyib? İDDİA
Rusiya prezidenti Vladimir Putinin rus təyyarələri Türkiyənin hava sahəsini pozduğu zaman Ərdoğana zəng edərək üzr istədiyi məlum olub.
"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə bir məlumatı Parisdəki İqlim Sammitində yüksək vəzifəli şəxslərdən biri açıqlayıb. Söhbət oktyabrın 3-4-ündə rus təyyarələrinin Türkiyə hava sahəsini pozduğu zamandan gedir. Həmin yüksək vəzifəli şəxs hələ keçən il ilk dəfə Samsunda 15 dəqiqə hava sərhədinin pozulduğunu, ikinci analoji hadisənin oktyabrın 3-4-də yaşandığını deyib. İkinci olaydan sonra Putin Ərdoğana zəng edərək üzr istəyib.
Qeyd edək ki, sonuncu insident Türkiyə qırıcılarının rus təyyarəsini vurması ilə nəticələnib ki, bu da iki dövlət arasında gərginliyin yaranmasına səbəb olub. Rusiya hökuməti Türkiyəni üzr istəməyə və kompensasiya ödəməyə çağırsa da, qarşı tərəf bundan imtina edib. Ərdoğan "üzr istəməyəcəyik, hava sahəmizi pozanlar üzr istəsinlər", - deyə açıqlama verib.
Parisdə baş tutan İqlim Sammitində isə iki ölkə liderləri görüşməkdən imtina ediblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər