Bəzi dərmanlar bahalaşıb: səbəb bilinmir - Siyahı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 22:25 | Şərh sayı: (0) | Baxılıb: 324
Bəzi dərmanlar bahalaşıb: səbəb bilinmir - Siyahı
Bəzi dərmanların qiymətində artım müşahidə olunur.
"Panangin" 2 manat 50 qəpikdən 3 manat 70 qəpiyə qalxıb.
"Quttalaks" isə 3 manatdan 5 manata qədər bahalaşıb.
Bundan başqa, "Nitroqlitserin" 80 qəpikdən 1 manat 30 qəpiyə qalxıb. Həmçinin "Ekstrat valerian" əvvəllər 20 qəpik idisə, indi 30 qəpik olub.
Apteklərdən bildirilib ki, qiyməti ucuzlaşanlar isə əvvəllər ən baha satılan dərmanlardır. Məsələn, antibiotiklər, "Rovastat" dərmanı yarıbayarı ucuzlaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişindən sonra ölkədə dərman vasitələrinin qiymətində ucuzlaşma davam edir. Bəzi dərmanların isə niyə bahalaşmasının səbəbləri açıqlanmır.
Tarif Şurası ümumilikdə 3010 dərman vasitəsinin qiymətini tənzimləyib. 1151 dərman vasitəsi isə təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər