Dövlət büdcəsinə yenidən baxılacaq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 15:55 | Şərh sayı: (0) | Baxılıb: 301
Dövlət büdcəsinə yenidən baxılacaq?
Azərbaycanın 2016-ci il büdcəsinə yenidən baxıla bilər.
Son olaraq bu gün səhər saatlarında “Brent” markalı neftin bir barelinin qiyməti 36,18 dollara qədər enib. Dünya bazarında neftin qiymətinin hər gün aşağı düşməsi artıq 2016-ci ilin büdcəsinə yenidən baxılmasını labüd edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov modern.az saytına açıqlamasında 2016-ci ilin dövlət büdcəsinə yenidən baxılmasının mümkünlüyünü təsdiq edib: “2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülüb. Bu gün neftin qiyməti 36 dollardır. Əgər bu, ilboyu davam edərsə, dövlət büdcəsinə gələn il baxıla bilər. Lakin biz hesab edirik ki, gələn il neftin qiyməti 50 dollar səviyyəsinə qalaxacaq və dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq”.
Deputat neftin qiyməti qalxmazsa, başqa bir varinatın da mümkünlüyünü vurğulayıb: “İkinci bir varinat da var ki, ehtiyatdan dövlət büdcəsinə transfer olsunsun və onda dövlət büdcəsinə baxılmasına ehtiyac qalmasın. Bütün bunlar, 2016-ci ildə neftin qiymətinin necə dəyişməsindən asılıdır”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər