ABŞ-ın dolların bahalaşması barədə qərarı manata necə təsir edəcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 11:55 | Şərh sayı: (0) | Baxılıb: 457
ABŞ-ın dolların bahalaşması barədə qərarı manata necə təsir edəcək?
ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, FRS-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır:
"Fikirləşirlər ki, manatın devalvasiyası olacaq, ancaq FRS qərarının bu tipli təsiri yoxdur, sadəcə məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FRS-in qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə FRS-nin qərarının manata birbaşa təsiri yoxdur".
İqtisadçı ekspert Vüqar Bayramov da FRS qərarının Azərbaycan manatına ciddi təsir etməyəcəyi qənaətindədir. V.Bayramov Trend-ə bildirib ki, FRS-in qərarı heç də manatın kəskin itirəcəyi ilə bağlı əsas yaratmır:
"Psixoloji təzyiqin artacağı gözlənilir, çünki FRS-in hansı qərar qəbul edəcəyi uzun müddət idi ki, Azərbaycan cəmiyyətində müzakirə olunurdu. Hətta manatın məzənnəsini FRS-in qərarı ilə əlaqələndirməyə çalışırdılar ki, bu da cəmiyyətdə manatla bağlı müəyyən psixoloji fikrin formalaşmasına gətirib çıxarmışdı. Bu baxımdan manata psixoloji təzyiq artacaq, amma iqtisadi baxımdan FRS-in qərarı manata ciddi təsir etmir. Çünki Azərbaycanda valyuta bazarı inzibati yolla tənzimlənir. Azərbaycanda FRS-in siyasəti tətbiq edilmir. Bu baxımdan manatın növbəti dövrlərdəki məzənnəsi Azərbaycan Mərkəzi Bankının qərarından və onun həyata keçirdiyi alətlərdən asılı olacaq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər