Bu ərzaqlar bahalaşıb - SİYAHI |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 13:43 | Şərh sayı: (0) | Baxılıb: 206
Bu ərzaqlar bahalaşıb - SİYAHI
"2015-ci ilin noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyob. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb".
Milli.Az modern.az-a istinadən bildirir ki, bu açıqlamanı Dövlət Statistika Komitəsi verib.
Komitə bildirib ki, ay ərzində düyünün, unun, toyuq ətinin, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, üzümün, xiyarın, pomidorun, badımcanın, bibərin, lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, mal və qoyun ətinin, limonun, portağalın, naringinin, almanın, heyvanın, bananın, xurmanın, kələmin, göyərtinin, balqabağın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dövlət Statistika Komitəsi bəyan edib ki, 2015-ci ilin noyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişikliklər müşahidə olunmayıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.
Ay ərzində çoxillik bitkilərdən əzgilin, xurmanın, heyvanın, narın istehsalçı qiymətləri ucuzlaşıb, fındığın və qozun istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər