"Amerika islamla savaşmır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-12-2015, 18:53 | Şərh sayı: (0) | Baxılıb: 241
"Amerika islamla savaşmır"
ABŞ prezidenti Barak Obama ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin terrorçular tərəfindən qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, televiziya kanalları ilə canlı yayımlanan çıxışında B.Obama hadisənin günahsız insanları öldürməyə yönəlmiş terror aktı olduğunu bildirib. "Azadlıq qorxudan daha güclüdür", - deyən ABŞ prezidenti qeyd edib ki, belə bir vaxtda Amerika xalqının bölünməsi radikallara sərf edər.
B.Obama ABŞ-da silahlanma ilə bağlı qanunvericiliyi tənqid edərək ölkə daxilində insanların silah əldə etməsini çətinləşdirtməyin zəruriliyini vurğulayıb. O, ABŞ-ın dəyişən terror təhdidinin öhdəsindən gələcəyini söyləyib və bu mübarizədə müsəlman icmalarını müttəfiq kimi görməyin vacibliyinə diqqət çəkib: "Bunun ABŞ-la İslam arasındakı savaş kimi qiymətləndirilməsinə imkan vermərik".
B.Obama hansı ölkədə olursa olsun, ABŞ ordusunun terrorçuları təqib edəcəyini və ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də əlavə edib. O, ABŞ-ın rəhbərliyi ilə beynəlxalq ictimaiyyətin Suriyada atəşkəsə nail olunması və problemin siyasi yolla həlli prosesinə başladığını deyib: "Bu, Suriya xalqına, eləcə də bizim müttəfiqlərimizə və Rusiya kimi ölkələrə ümumi məqsədə - İŞİD-in məhvinə diqqəti cəmləşdirməyə kömək edəcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər