Ərdəbilin imam cüməsi: Kərbəlanın müraciəti özbaşına hökmdarlar üçün bir kabusdur |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2015, 09:21 | Şərh sayı: (0) | Baxılıb: 932
Ərdəbilin imam cüməsi: Kərbəlanın müraciəti özbaşına hökmdarlar üçün bir kabusdur
Vəli Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi deyib: Kərbəla müraciəti fövqəladə idi və özbaşına hökmdarlar üçün bir kabus və qorxuncdur.
Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili bu gün Ərdəbilin cümə namazı xütbələrində Nardaran hadisələrinə və Nigeriya olaylarına işarə edərək, bu hadisələrin təsadüfi olmadığını, dünya imperializminin Aşura mədəniyyətinin yayılmasından qorxmasının simvolu adlandırıb.
Ərdəbilin imam cüməsi daha sonra qondarma Qarabağ Respublikası xarici işlər nazirinin Vaşinqtona olan səfərini və ABŞ Konqresində Dağlıq Qarabağın müstəqilliyini elan etməsi münasibəti ilə mərasimin təşkil edilməsini tənqid edərək, bunu Azərbaycan xalqına böyük hörmətsizlik və Azərbaycanın ərazi bütövlüyünün pozulması adlandırıb.
O daha sonra deyib: Azərbaycan xalqı bu h örmətsizlik qarşısında sakit qalmamalıdır. Əks halda Amerika daha təhlükəli oyunlar oynayacaq.
Ayətullah Amili daha sonra deyib: Biz İran azəriləri bu məsələdə Azərbaycan xalqının kənarındayıq və bildiririk ki, biz də sizin kimi bəlkə də sizdən daha çox Qarabağn müstəqilliyinə həssas yanaşırıq və ABŞ-ın, İsrailin ayağının m əntəqəyə açılmasını istəmirik.
Cümə namazından sonra Ərdəbil sakinləri yürüş keçirərək, Nigeriyada şiələrin qırğın edilməsinə etiraz ediblər.
Sahar Tv
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər