Ermənilərə qarşı çıxan azərbaycanlı məhkəmə qarşısında |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 01:23 | Şərh sayı: (0) | Baxılıb: 285
Ermənilərə qarşı çıxan azərbaycanlı məhkəmə qarşısında
Rusiyada ictimai yerlərdə ermənilər əleyhinə bəyanatlar verməkdə ittiham olunan azərbaycanlı məhkəmə qarşısına çıxacaq.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, milliyyətcə azərbaycanlı olan Alik İbrahimov barəsində cinayət işi Rostov vilayətinin Tselina rayon Məhkəməsinə göndərilib.
Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, A.İbrahimov milli zəmində ədavətin qızışdırılmasında ittiham olunur. İstintaqın versiyasına əsasən, ittiham olunan şəxs ictimai yerdə ermənilər əleyhinə ifadələr işlədib. Konkret olaraq A.İbrahimov ətrafdakı insanları milliyyətcə erməni olan vətəndaşlara qarşı zorakı addımların atılmasının vacibliyinə inandırmağa çalışıb, ermənilər haqqında aqressiv davranışın formalaşmasına səy göstərib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər