"ANS TV saxtakarlıq edib" - MTRŞ ilə məhkəmədə İTTİHAM |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 22:37 | Şərh sayı: (0) | Baxılıb: 352
"ANS TV saxtakarlıq edib" - MTRŞ ilə məhkəmədə İTTİHAM
Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Milli.Az xəbər verir ki, report-un məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda ANS-in nümayəndəsi Muxtar Mustafayev çıxış edib. O bildirib ki, ANS TV çəkdiyi "Abşeron" adlı televiziya serialını 5 noyabr 2015-ci il tarixində MTRŞ-ya təqdim edib.
MTRŞ-nın nümayəndəsi isə ANS TV-nin Şuraya başqa adda bir televiziya serialı təqdim etdiyini bildirib: "ANS TV-yə 160 min manat vəsait 1 800 dəqiqə davam edəcək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılıb. Lakin ANS TV saxtakarlıq edərək MTRŞ-ya "Sevgi naminə" adlı serial təqdim edib".
Prosesdə tərəflər arasında mübahisə düşüb.
ANS-in nümayəndəsi məhkəmədən vaxt istəyib. Növbəti proses dekabrın 9-na təyin edilib.
Qeyd edək ki, MTRŞ televiziya kanalından serial çəkilişi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər