Bakıda məhkəmə hakiminin maşını yandırıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 17:40 | Şərh sayı: (0) | Baxılıb: 676
Bakıda məhkəmə hakiminin maşını yandırıldı
Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun maşını yanıb. Olay Nəsimi rayonu ərazisində qeydə alınıb.
Milli.Az xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə hakimin yaşadığı Nizami küçəsi 118 ünvanında "Hundai Santa Fe" markalı, ağ rəngli maşını qəfildən alışıb.
Maşının arxa təkəri tərəfdən başlayan yanğın ətrafdakı şəxslər tərəfindən söndürülüb. Yanmış maşın evakuator vasitəsi ilə ərazidən naməlum istiqamətə aparılıb.
Belə ehtimal var ki, hakimə məxsus olan maşın qəsdən yandırılıb. Məsələ ilə bağlı prokurorluq orqanlarına verdiyimiz sorğuya cavab olaraq bildiriblər ki, nəqliyyat vasitəsinin qəsdən yandırılması ilə bağlı şikayət daxil olmayıb: "Maşın yandırılıbsa belə, şikayət yoxdursa, araşdrıma da aparılmır".
Bununla belə məsələ ilə bağlı araşdırma aparılacağını da bildiriblər. Bakı Apelyasiya Məhkəməsi ilə əlaqə saxlayıb olayla bağlı hakim İkram Şirinovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin hakimin mövqeyini öyrənə bilmədik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər