Rusiya telekanalı yıxıb-sürüdü: "Bu ermənilər..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 22:24 | Şərh sayı: (0) | Baxılıb: 437
Rusiya telekanalı yıxıb-sürüdü: "Bu ermənilər..."
Eusiyanın "Ren TV" telekanalı "Hərbi sirr günü" verilişində erməniləri və Ermənistan tarixini məsxərəyə qoyub.
Publika.az xəbər verir ki, həm aparıcı, həm də efirdə nümayiş olunan süjetdə ermənilər və Ermənistan tarixi ələ salınıb. Verilişdə kinayə ilə belə bir fikir də səslənib ki, Misir piramidalarının tikilməsini misirlilərə ermənilər öyrədib. Daha sonra ermənilərin beynəlxalq səviyyəli iddialarını məsxərəyə qoyan aparıcı deyib ki, Musa peyğəmbər misirliləri İsrailə aparanda ermənilər də İngiltərəyə köç ediblər. Hazırkı ingilislər isə əslində ermənilərdir. Satirik sözlərlə fikrini ifadə edən aparıcı İqor Prokopenko bütün bunların lətifə yox, keçmiş sovet tarixçilərindən sitat olduğunu xatırladıb.
Hətta İrəvanda yerləşən Ermənistan tarixi muzeyində xalqın tarixinin 500 min il əvvələ gedib çıxdığı qeyd edilib. Muzeyin rəsmi saytında göstərilib ki, qədim insanın ancaq heyvan ovlayıb yediyi bir vaxtda, yəni təqribən 12 min il bundan əvvəl, ermənilər ağır daşları hərəkət etdirə, kənd təsərrüfatı işləri görə bilirdilər.
Ixlas.Az publika.az-a istinadən həmin verilişdən videonu təqdim edir:
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər