Ərdoğan Moskvanı "odla oynamamağa" çağırıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-11-2015, 22:20 | Şərh sayı: (0) | Baxılıb: 327
Ərdoğan Moskvanı "odla oynamamağa" çağırıb
Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Ankaranın Moskva ilə münasibətləri korlamaq istəmədiyini bəyan edərək, Rusiyanı bir daha "odla oynamamağa" çağırıb.
"Biz Rusiya ilə münasibətlərimizə önəm veririk. Putin deyir ki, "biz arxadan xəncərləndik". Bu millət heç vaxt kimsəni arxadan xəncərləməz. Bu millət döş-döşə döyüşməyi yaxşı bacarır" - deyib Ərdoğan .
Ixlas.Az "BBC Azərbaycanca"ya istinadən bildirir ki, Türkiyə lideri həmçinin bir daha qeyd edib ki, Su-24 bombardmançı təyyarəsini vurmaq qərarını qəbul etmiş Türkiyə hərbçiləri onun hansı ölkəyə məxsus olduğunu bilməyiblər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə hökumətinin guya Türkiyə təyyarəçilərinin Rusiya təyyarəsini tanımadıqları barədə iddiasını rədd etmişdi.
Putin cümə axşamı Fransa prezidenti Fransua Ollandla görüşdərn sonra keçirdiyi müştərək mətbuat konfransında demişdi ki, Rusiya təyyarələrini tanımamaq qeyri-mümkün idi. O Ankaranın bu barədə bəyanatını "cəfəngiyyat və cığallıq" adlandırmışdı.
Recep Tayyip Ərdoğan Su-24-ün vurulmasının ardınca Putinin Türkiyəni tənqidini qeyri-məqbul adlandırmış və onunla yaranmış vəziyyəti üzbəüz müzakirə etmək üçün görüşmək istədiyini bildirmişdi.
Bundan əvvəl Fransa telekanalına müsahibədə Ərdoğan Vladimir Putinlə heç cür telefon əlaqəsinə girə bilmədiyindən gileylənmişdi.
Türkiyə televiziyası ilə translyasiya edilən çıxışında Erdoğan həmçinin Ankaranın guya İslam Dövləti qruplaşmasından neft alması və beləliklə cihadçıların maliyyələşdirilməsində iştirak etməsi barədə Moskvanın tənqidinə də cavab verib.
Türkiyə prezidentinin sözlərinə görə, ABŞ-ın əlində Rusiya şirkətlərinin və İslam Dövləti adlı qruplaşmanın Suriya hökumətinin neft təchizatı ilə məşğul olduğuna dair "sənədli sübutlar" vardır. Bu arada Suriyanın xarici işlər naziri Valid Muallem də Türkiyəni "terrorçulara dəstəkdə" ittiham edib.
"Biz beş ildir ki, Türkiyənin ideoloji səbəblərdən terrorçuları dəstəklədiyini və beləliklə, kürəyimizə hər gün zərbə vurduğunu deyirik" - cənab Muallem Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər