Şeyx: "Həmin adamlar nardaranlı deyillər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 15:04 | Şərh sayı: (0) | Baxılıb: 320
Şeyx: "Həmin adamlar nardaranlı deyillər"
"Nardaranda baş verən hadisələrin kökləri var. Bu köklər çox uzaqdan, xaricdən gəlir. Lakin xaric deyəndə qonşu dövlətləri nəzərdə tutmaq lazım deyil. Bu gün nə İran, nə də Türkiyə Azərbaycanda iğtişaş yaratmaq tərəfindədir".
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanın ən böyük düşməni Ermənistandır.
A.Paşazadə hesab edir ki, Azərbaycanda bu hadisənin törədilməsində, bəlkə də Ermənistanın əli ola bilər.
Nardarandakı hadisələrin onları çox məyus etdiyini deyən A.Paşazadə deyib ki, burada baş verənlərin dinlə heç bir bağlılığı yoxdur, bu, terrordur: "Bir qrup insanlar nardaranlıların dini inancından istifadə edirlər. Həmin adamlar da nardaranlı deyillər. Taleh kimi şəxslərin yanında olmaq nankorluqdur, dövlətimizə arxa çevirməkdir. Taleh Bağırzadənin adı dini olsa da, onun çıxışlarında ancaq dövlət çevrilişinə cəhdlər var idi".
A.Paşazadə qeyd edib ki, Nardaranda bu hadisələrin güc vasitəsilə həlli düzgün olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər