Ermənilər məscidimizi İrana icarəyə verdilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 16:12 | Şərh sayı: (0) | Baxılıb: 2430
Ermənilər məscidimizi İrana icarəyə verdilər
Ermənistan hakimiyyəti İrəvanda azərbaycanlılara məxsus qədim "Göy məscid"i 99 illiyə İrana icarəyə verib.
Məscid İranın mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Ermənistan paytaxtı İrəvandakı "Göy məscid" azərbaycanlılara məxsusdur. O, 1766-cı ildə İrəvan xanı Hüseyn Əli Xan Qacarın əmri ilə tikilib. Məscid Azərbaycan memarlıq nümunələrindəndir. Eni 66 metr, uzunluğu 97,2 metrdir. "Göy məscid" İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür.
Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri olub. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7000 kvadratmetrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra sovet hökumətinin dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülüb. 1952-də məscidin bir hissəsi yaxınlıqdakı məktəbin ərazisinə verilib.
Ermənilər XX əsrdə məscidi üç dəfə yandırıblar. İlk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında. İkinci dəfə yandırılanda azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edirmiş. İbadətgah üçüncü dəfə 1988-ci il hadislərindən sonra yandırılıb.
1995-2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. İngilis tədqiqatçısı Tom de Vaal yazır: "Ermənilərin azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki XX-ci əsrə qədər burada azərbaycanlıları "tatar", "türk" və ya sadəcə "müsəlman" adlandırırdılar...
Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə, ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda 1766-cı ildən bu məsciddə namaz qılıb, dua edən azərbaycanlıları unutdurmaq istəyirlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər