RSS
 

Login:
Şifrə:
» » Azərbaycanda din sahəsində qadağalar

Xəbər lenti

"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Azərbaycanda din sahəsində qadağalar

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-12-2015, 22:19 | Şərh sayı: (0) | Baxılıb: 649

Azərbaycanda din sahəsində qadağalar


Azərbaycanda din sahəsində qadağalar


Və ya inzibati qadağaların gözlənilən təsirləri

Son illərdə Azərbaycanda dini sahədə hökumətin qadağaları adi hal alıb. Artıq silsilə tədbirlərə çevrilən qadağalar müxtəlif sahələri əhatə etməklə ölkədəki İslami fəaliyyətlərin zəiflədilməsinə yönəlib. Bu istiqamətdə dini təhsildən başlamış məscidlərin qapadılması, dini ədəbiyyatların qadağan olunmasına qədər müxtəlif tədbirlər həyata keçirilib. Sonuncu qadağa Həcc ziyarətilə bağlı oldu. Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyi tərəfindən lan olunan qərarda qeyd olunurdu ki, bu il Azərbaycandan yalnız 2 min nəfər Həcc izyarətinə gedə biləcək. QMİ rəhbərliyi birbaşa olmasa da dolayısı ilə qərarın hökumətə məxsus olduğuna işarə etdi.

Dini sahəyə yönəli ilk irimiqyaslı qadağa 2001-2002-ci illərdə qeydə alındı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan bir qədər sonra hökumət ölkədə fəaliyyət göstərən İslam mədrəsələrini qapatdı. Mədrəsələrin qapadılması üçün hüquqi "əsas" vardı. Dini Etiqad Azadlığı Haqqında qanuna əsasən Azərbaycanda xarici ölkə vətəndaşının dini təbliğatla məşğul olması qadağan olunurdu. Bu mədrəsələrin əksəriyyəti isə müsəlman ölkələrindən gəlmiş ruhanilər tərəfindən idarə olunurdu. Beləliklə, az vaxt ərzində onlarla mədrəsə (təkcə cənub bölgəsində 14 dənə) qapadıldı. Ölkədə dini təhsil (söhbət ilkin və orta təhsildən gedir. Yuxarı mərhələ dərslərini demək üçün Azərbaycanda kadr yox idi, Quran və ibtidai dini bilikləri tədris etmək üçün isə qeydiyyata alınmış mədrəsələrə də icazə verilirdi) tamamilə Qafqaz Müsəlmanları İdarəsini monopoliyasına verildi. Yalnız BDU-da İlahiyyat fakültəsi saxlanılırdı.

2003-cü ildə "İslam İttihad" cəmiyyəti məhkəmə yolu ilə qapadıldıqdan sonra 2004-cü ilin yayında İçəri Şəhər "Cümə" məscidi təmir adı ilə qapadıldı.

Növbəti qadağa dini ədəbiyyatlarla bağlı oldu. 2004-cü ildən başlayaraq ölkə sərhədlərində dini ədəbiyyat idxalına nəzarət artırıldı, o cümlədən ölkə ərazisində dini dükanlarda bir sıra ədəbiyyatların müsadirəsi halları qeydə alındı. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə zərərli dini ədəbiyyatların siyahısını elan etdi. Hər il yenilənən bu siyahıda fərqli dini cərəyanlara məxsus kitablar olsa da, daha çox İslam dininə aid kitablar vardı. Bir çox hallarda polis və təhlükəsizlik orqanları əməkdaşlarının müşaiyyəti ilə dükanlarda bu cür ədəbiyyatların yığışdırılmasına başlanıldı. Qeyd edək ki, Azərbaycana Türkiyə, İran, Misir, Səudiyyə Ərəbistanı və daha bir neçə ölkədən dini ədəbiyyat gətirilirdi. Hökumətin bu qadağasından sonra xaricdən kitab idxalı tam nəzarətə götürüldü. Daxildə isə dini ədəbiyyat istehsalı dövlət komitəsinin nəzarətinə keçdi.

2006-cı ilin yayında ölkə telekanallarında və radio efirində olan azsaylı dini verilişlər qəflətən qapadıldı. Bu qapanmalar birdən baş verdiyi üçün mətbuatda qadağaın hökumətdən gəlməsi versiyası ortaya çıxdı. Daha sonra bəzi mənbələr bu faktı təsdiqlədilər. Təxminən bu ərəfədə paytaxt Bakıda məscid tikintisinə qeyri-rəsmi qadağa qoyuldu. Qadağaya görə, Azərbaycan paytaxtında məscidlərin tikintisi yalnız ən yuxarı səviyyədə icazə verildiyi təqdirdə mümkün ola bilərdi.
2007-ci ilin mayında Azərbaycanda, əsasən Bakıda məscidlərdə səsgücləndirici ilə əzan verilməsi qadağan olundu. Ictimaiyyətin ciddi etirazlarından sonra hökumət geri addım ataraq paytaxtda əzan qadağasını ləğv etdi. Ancaq buna baxmayaraq, ölkənin bir sıra rayonlarında, o cümlədən Naxçıvanda əzan qadağası hələ də davam edir.
Yenə həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən dini icmaların tərkibində olan 19 Quran kursunun qapatdı. Qapatmaya rəsmi səbəb kimi, kursların yeni əsasnamə üzrə qeydiyyata alınacağı göstərilsə də, yeni əsasnamə üzrə daha az kurs qeydiyyata alındı.

2008-ci ildə avqustun 17-də "Əbu Bəkr" məscidi kimi tanınan ibadət evində baş verən terror hadisəsindən sonra sözügedən məscid qapadıldı, eyni zamanda paytaxtın mərkəzində yerləşən bir neçə məscidin həyətində ibadət təhlükəsizlik səbəbilə qadağan edildi. Bu ilin əvvəlində isə "Şəhidlər" məscidi təmir adı altında qapadıldı. Həmçinin ötən ilin noyabr ayında Yasamal Rayon İH rayon ərazisində tikilmiş məscidin bir hissəsinin İqtisad Universitetinin ərazisinə düşdüyünü əsas gətirərək məhkəməyə müraciət etdi. Məhkə icra hakimiyətinin iddiasını təmin etdikdən sonra bu ilin mayında məscid söküldü. Daha bir məscid "Neft Daşları" ərazisində söküldü.

Nəhayət bu ilin iyun ayında Milli Məclisin bir neçə deputatı "Dini Etiqad Azadlığı haqında" qanuna dəyişiklik edilərək xaricdə dini təhsil almış şəxslərin İslam dininə aid ayin və mərasimlərin aparmasına qadağa qoyulması təklifi ilə çıxış etdilər. Təklif qəbul olundu.

Sonuncu dinlə bağlı qadağa Qafqaz Müsəlmanları İdarəsi tərəfindən elan edildi. QMİ ölkə vətəndaşlarının ziyarət qaydalarını düzgün bilməmələri səbəbindən bu ildən Azərbaycanın Həcc kvotasının endirdiyini açıqladı. Ancaq bu qərarın sifarişçisinin məhz hökumət olduğu məlum oldu.

Inzibati qadağalar həll yolu olacaqmı?

Göründüyü kimi, son 5 ildə davamlı olaraq Azərbaycanda din sahəsində qadağalar artan sitiqamətdə davam edib. Bu qadağalar ölkədə dini maarifçilik, ibadət, təhsil sahələrini əhatə edib. Aşağıda hökumətin bu qadağalara getməsi səbəbləri və eləcə də qadağaların mümkün nəticələri barədə bəzi qeydləri edəcəyik.

Öncə onu qeyd edək ki, dini sahədə tətbiq olunan qadağalara hökumətin öz səbəbləri var. Azərbaycan hökumətinin dini sahəyə cavabdeh qurumları həyata keçirilən qadağaları adətən bir neçə səbəblə əsaslandırmağa çalışırlar. Hökumət nümayəndələri qadağaların Azərbaycanda dini sferanın nəzarətdə saxlanması, o cümlədən xarici ölkələrin Azərbaycanda dini qurum və şəxslərə mümkün təsirlərini azaltmaq, bəzi dini qurumların dövlətə və vətəndaş cəmiyyətinə təhlükə yaradacaq mümkün fəaliyyətlərini önləmək üçün həyata keçirildiyini bildirir. Bunlar, təbii ki, ifadə olunan narahatlıqlardır. Ifadə olunmayanları isə hökumətin ölkədə dini sahədə maarifçiliyin sürətli genişlənməsi və ibadət edənlərin sayının sürətlə artmasıdır. Yəni hökumətdə anlayırlar ki, bu şəkildə artım tempi gələcəkdə islamçıların siyasətə qatılmasını şərtləndirir. Doğrudur, hazırda ölkədə dindar kütlə ümumi əhalinin 10 faizini (bütün məzhəb və təriqətlərlə) keçmir. Amma artım tempinin sürəti hökuməti narahat edir. Belə hesab olunur ki, bu artım tempi ilə yaxın illərdə islamçılar ciddi siyasi qüvvəyə çevriləcək və ölkədə siyasi hakimiyyətə əsas rəqib olacaq. Bütün bunların qarşısını almaq üçün hökumət islamçı fəaliyyətləri zəiflətməyə yönəlik tədbirlər həyata keçirməyə qərar verib. Əlbəttə, həyata keçirilən hər bir qadağa üçün ayrıca səbəblər də tapılır.
Bəs bu qadağalar gözlənilən effekti verə biləcəkmi? Və ümumiyyətlə, qadağalar nəzərdə tutulan məqsədə (ehtimal olunan kənar təsirlərin qarşısının alınması və ya dini proseslərin nəzarətdən çıxması kimi) nə qədər xidmət edəcək?

Ilk növbədə onu qeyd etmək lazımdır ki, dini sahəyə tətbiq olunan qadağalar bir qayda olaraq sərt adminstrativ tədbirlərdən ibarət olur. Yəni, qadağan edilir, yığışdırılır, müsadirə olunur və sair. Bütün bu tədbirlər sərt şıkildə, hökumət orqanlarının basqıları altında həyata keçirilir. Bu isə öz növbəsində ictimaiyyətdə, xüsusən də dindar kəsimdə ciddi narazılıqlara səbəb olur. Beləliklə, Azərbaycan hökumətinin İslama qarşı olduğu obrazı (bunun həqiqətən belə olub-olmadığı əsas deyil) yaradılır və dindar kəsim üçün dövlətin düşmən obrazı formalaşır.

Ikinci diqqətçəkən məqam odur ki, tətbiq olunan qadağalar bir qayda olaraq köhnə inzibati metodlara əsaslanır və buna görə də əsasən təsirsiz olur. Məsələn, kitabların müsadirəsi kimi. Hökumət bir sıra ədəbiyyatları qadağan edir (bəzi hallarda ədalətsiz olaraq şəxsi rəyə əsasən) və bu kitablar satışdan, sərhəddən ölkəyə buraxılmır. Ancaq məlum olduğu kimi, hökumətin siyahısında olan və olmayan minlərlə dini ədəbiyyat internetdə mövcuddur. Istənilən Azərbaycan vətəndaşı rahat şıkildə bu kitabları endirir və başqalarına ötürə bilir. Oxşar halı dini təhsil müəssisələri, xaricdə təhsil alanlarla bağlı və digər mövzulara aid etmək olar. Yəni qadağalar bir çox hallarda əks effekt verir. Əgər hansısa dini təhsil müəssisəsi (Quran kursu və ya dərxana) mövcud olarkən hökumət onların fəaliyyətini izləyə, statistikasını apara bilirdisə, qadağadan sonra bu cür kurslar gizli fəaliyyət göstərir. Bu zaman dəqiq statistika aparmaq və ümumiyyətlə o kurslarda nəyin öyrədildiyini bilmək olmur.

Məsələnin ən pis tərəfi odur ki, hökumət bir qayda olaraq qadağa tətbiq edir, amma vətəndaşa alternativ təklif etmir. Yəni normal halda əgər bir fəaliyyət misal üçün dövlətçilik üçün zərərli olduğu, ekstremizmi təbliğ etdiyi səbəbilə qapadılırsa, onun alternativi, yəni daha mütərəqqisi təklif olunmalıdır. Ancaq bunların heç birinin olmaması prosesi daha da mürəkkəbləşdirir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor