Nazirlikdə ciddi islahatlar başladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 19:14 | Şərh sayı: (0) | Baxılıb: 270
Nazirlikdə ciddi islahatlar başladı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və nazirliyin tabeliyindəki müəssisələrdə ciddi islahatlara start verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rabitə və yüksək texnologiyalar naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadənin tapşırığına əsasən həyata keçirilən islahatlara uyğun olaraq, müraciətlərin diqqətlə baxılıb araşdırılması, reydlər təşkil olunması, vətəndaşlarla ünsiyyətin yüksək səviyyədə qurulması, xidmət mədəniyyətinin yüksəldilməsi, işə davamiyyətin artırılması və iş rejiminə ciddi riayət edilməsi, nizam-intizam tədbirlərinin, eləcə də mühafizənin gücləndirilməsi işlərinə başlanılıb.
Həmçinin yeni fikir və təkliflər dəstəklənməklə, rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər də islahatların tərkib hissəsini təşkil edir.
İslahat tədbirlərinin icrasının təmin edilməsi, ümumilikdə görülən işlərin səmərəliliyinin yüksəldilməsi və nəzarətin artırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər verilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər