"Nardaran hadisələriylə "MTN işi"nin əlaqəsi var" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-12-2015, 18:01 | Şərh sayı: (0) | Baxılıb: 319
"Nardaran hadisələriylə "MTN işi"nin əlaqəsi var"
"Milli Təhlükəsizlik Nazirliyində aparılan kadr dəyişiklikləri və həbslərdən sonra sözü gedən qurumun Rabitə Nazirliyinə quraşdırdığı avadanlığın yandırılması, onun ardından isə Nardaran hadisələrinin baş verməsini təsadüf hesab etmirəm".
Bunu AzNews.az-a açıqlamasında milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər deyib.
Onun fikrincə, Nardaran hadisələri istər Rabitə Nazirliyində, istəsə də Milli Təhlükəsizlik Nazirliyində keçirilən həbslərlə birlikdə qiymətləndirilsə, daha düzgün nəticə görünür: "Nardaran hadisələrinin ilkin versiyalarından biri budur".
S.Əkbərin fikrincə, bu olay sübut edir ki, Milli Təhlükəsizlik Nazirliyində çox ciddi təmizlənmə işləri aparılmalıdır: "Əgər obyektiv istintaq aparılarsa, burada hadisələrin mahiyyəti aydınlaşar və o zaman çıxış yolu tapmaq olar. Milli Təhlükəsizlik Nazirliyində çox ciddi və böyük şəbəkə yaranıb. Bu şəbəkənin nəinki ölkə üzrə, hətta xarici ölkələrlə çox geniş əlaqələri var".
S.Əkbər hesab edir ki, Nardaranda hərtərəfli əməliyyat işi aparılmalıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər