Cənubda vəziyyət gərginləşib - yeni ocaqlar yaranıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-11-2015, 17:19 | Şərh sayı: (0) | Baxılıb: 335
Cənubda vəziyyət gərginləşib - yeni ocaqlar yaranıb
Son günlər yağan leysan yağışlarla əlaqədar Azərbaycanın cənub zonasındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb.
Milli.Az bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.
Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: "Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər".
Qeyd edək ki, noyabrın 7-dən 10-dək Lənkəran-Astara zonasında güclü yağış yağıb. Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 69-122 mm olub ki, bu da aylıq normanın 44-72 faizini təşkil edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər