Yay-qış vaxtına keçid kimin ideyası olub? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 10-11-2015, 17:16 | Şərh sayı: (0) | Baxılıb: 291
Yay-qış vaxtına keçid kimin ideyası olub?
Gün işığından daha çox faydalanmaq üçün irəli sürülən yaz-qış saatı ideyası 1700-cü ildə meydana çıxıb.
Musavat.com xəbər verir ki, ABŞ-dan Fransaya səfir olaraq göndərilən Benjamin Franklin Paris əhalisinin şamları israf etməsinin qarşısını almaq və gün işığından daha çox yararlanmaq üçün "The Journal of Paris" qəzetində imzasız bir məktub yayımlayır.Sonradan ABŞ-a qayıdan Benjamin irəli sürdüyü ideya ilə tarixə keçib. O, saatların qışda geri alınması, yazda isə irəli çəkilməsi ilə gün işığından daha çox faydalanmağın mümkün olduğunu isbat edərək, bu işin ixtiraçısı olub.
Gün işığından faydalanmaq üçün yaz-qış rejiminə keçən ilk ölkə 1916-cı ildə Almaniya olub.
ABŞ-da isə bu ideya ilk dəfə olaraq, 1918-ci ildə prezident Vudro Vilson tərəfindən icra olunub.
Azərbaycanda isə bu rejim Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına əsasən həyata keçirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər