ABŞ və müttəfiqləri bu müharibədə qalib gəlməyəcək - Seyid Nəsrullah |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-11-2015, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 297
ABŞ və müttəfiqləri bu müharibədə qalib gəlməyəcək - Seyid Nəsrullah
Seyid Həsən Nəsrullah Amerikanı siyasi həll yoluna gəlməyə çağırıb
İslam.az-ın İslamazeri.az-a istinadən xəbər verir ki, “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullah ABŞ və müttəfiqlərinə mümkünsüz şərtlər irəli sürməkdənsə siyasi həll yoluna gəlməyə dair çağırış edib.
Hər il 11 noyabrda keçirilən “Hizbullah şəhid günü” mərasiminin iştirakçılarına telekörpü vasitəsilə müraciət edən Seyid Həsən Nəsrullah “ABŞ və müttəfiqləri Suriya və Yəməndəki vacib müharibədə qalib gəlməyəcəklər.
Siyasi həlli də həqiqətləri gizlətmək və müqaviməti qırmaq üçün gecikdirirlər. Eyni vəziyyət İraq üçün də aktualdır”, - deyə bildirib.
Seyid Həsən Nəsrullah ABŞ və müttəfiqlərini Suriya və Yəməndə hərbi üsullara əl atmaqdan vaz keçməyə, mümkünsüz və maneə törədən şərtlər irəli sürməkdənsə siyasi həll yolunda addım atmağa çağırıb.
“Hizbullah” lideri sionist İsrail rejiminin yumşaq müharibəsini dezinformasiya və iqsitadi təzyiq formasında uzun illər etdiyi kimi yenə də davam etdirəcəyini qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər