Uşaqları ilə İŞİD-ə qoşulan qadın haqda araşdırma başladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-10-2015, 16:36 | Şərh sayı: (0) | Baxılıb: 393
Uşaqları ilə İŞİD-ə qoşulan qadın haqda araşdırma başladı
Dövlət Sərhəd Xidməti İŞİD-ə qoşularaq iki qızı ilə birlikdə Azərbaycan ərazisini qanunsuz şəkildə tərk etmiş qadınla bağlı yayımlanan yazıya reaksiya verib.
Milli.Az xəbər verir ki, aznews.az-la əlaqə saxlayan qurumun İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı Pənah Musayev bildirib ki, məsələ ilə bağlı araşdırma başlanılacaq. Onun sözlərinə görə, Suriyaya gedən ana və qızlarının ölkəni tərk etməsi faktı təsdiqlənərsə, o zaman buna yol vermiş şəxslər məsuliyyətə cəlb ediləcək: "Ailəsinin ölkəni tərk edərək, Suriyaya getdiyini iddia edən vətəndaş İlqar Yusifovla əlaqə saxlanılacaq, əgər həqiqətən də dedikləri doğrudursa, o zaman araşdırma başladılacaq. İlk növbədə, araşdırma aparılmalı, hadisəyə hüquqi qiymət verilməlidir. Ola bilər ki, həmin videolar Suriya ərazisindən deyil, başqa ölkənin, elə Azərbaycanın ərazisindən çəkilib və göndərilib. Bəlkə ailə heç Azərbaycanı tərk etməyib?"
P.Musayev onu da əlavə edib ki, qurum bu kimi halların baş verməməsi üçün korrupsiya ilə mübarizə aparır: "Biz korrupsiya hallarına yol vermiş əməkdaşlarımızla bağlı araşdırma aparırıq. Yol verdiyi qanun pozuntusu təsdiqini taparsa, həmin şəxs məsuliyyətə cəlb edilir".
İlqar Yusifov isə aznews.az-a bildirib ki, hazırda Dövlət Sərhəd Xidmətinə gedir. O, bu dəqiqələrdə quruma çağırıldığını və məsələ ilə bağlı ətraflı məlumat verməsi üçün quruma yollandığını bildirib.
Qeyd edək ki, Bakı sakini İlqar Yusifov ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər