ATƏT nümayəndələri ermənilərin yaraladığı şəxslə görüşdü, ziyan dəymiş evlərə baxdılar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 16:00 | Şərh sayı: (0) | Baxılıb: 313
ATƏT nümayəndələri ermənilərin yaraladığı şəxslə görüşdü, ziyan dəymiş evlərə baxdılar
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi keçirən qruplar qatı duman səbəbindən vizual əlaqə yarada bilməyib, yalnız radiorabitə əlaqəsindən sonra monitorinq baş tutmuş hesab olunub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri erməni silahlı bölmələrinin intensiv atəşi nəticəsində ziyan dəymiş evlərə baxış keçirib, yerli sakinlərlə görüşüblər
Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə məruz qalan Kəmərli kəndindəki ziyan dəymiş evlərə baxış keçirib və yerli sakinlərlə görüşüblər.
Beynəlxalq təşkilatın nümayəndələri sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində yaralanmış Esmira Dursunova ilə görüşüb və onun səhhəti ilə də maraqlanıblar.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçiriblər.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər