Hər axund öz bildiyini oxuyarsa... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-10-2015, 14:20 | Şərh sayı: (0) | Baxılıb: 369
Hər axund öz bildiyini oxuyarsa...
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Etika komissiyası yaradılır.
Trend-in məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Şeyxülislam bildirib ki, axundlar moizələr oxuyan zaman QMİ tərəfindən paylanan moizələrdən istifadə edilsin.
QMİ sədri əlavə edib ki axundların davranışlarının, eləcə də yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlı QMİ-də Etika komissiyası yaradılacaq.
Komissiyanın tərkibi yaxın günlərdə formalaşdırılaraq ictimaiyyətə məlumat veriləcək.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər