Əhaliyə XƏBƏRDARLIQ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 23:27 | Şərh sayı: (0) | Baxılıb: 315
Əhaliyə XƏBƏRDARLIQ
"Payız aylarında havaların yağmurlu və rütubətli keçməsi sel və daşqınların təkrar olunması ehtimalını artırır".
Milli.Az xəbər verir ki, bunu APA-ya AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
O bildirib ki, 4, 5 və 6 oktyabr tarixlərində ölkə ərazisində həm Böyük Qafqaz, həm Kiçik Qafqaz, həm də Talış dağlarında baş verən güclü leysan yağışları bir çox fəsadlara yol açıb: "Həm Böyük Qafqazın cənub yamacındakı çaylarda, xüsusilə Türyançay, Göyçay, Girdimançay, Ağsu çaylarında, Goranboy və Göygöl rayonlarındakı bir çox çay dərələrində, Lənkəran zonasında, Talış dağlarındakı çaylarda güclü sel və daşqınların keçməsi müşahidə olunub. Xüsusilə Göyçay və Goranboy rayonlarında şəxsi təsərrüfatlara ziyan dəyib".
"Çox təəssüf ki, proqnozumuz düz çıxdı. Əvvəldən də proqnozlaşdırıldığı kimi, quraq keçən yay aylarından sonra Azərbaycan ərazisində payızın ilk günlərində intensiv yağışlar yağmağa başlayıb".
Direktor müavini əlavə edib ki, yayda Coğrafiya İnstitutunun sel və daşqın təhlükəsi ilə bağlı proqnozu özünü doğruldub: "Çox təəssüf ki, proqnozumuz düz çıxdı. Əvvəldən də proqnozlaşdırıldığı kimi, quraq keçən yay aylarından sonra Azərbaycan ərazisində payızın ilk günlərində intensiv yağışlar yağmağa başlayıb. Coğrafiya İnstitutu yayda proqnoz vermişdi ki, yayda hava şəraiti isti və quraq olarsa, bizim dağlıq ərazilərimizdə sel ocaqlarında və çay dərələrində külli miqdarda daşınmaya hazır materiallar yığılıb qalacaq. Bundan sonra payızda gur leysan yağışları yağarsa, Azərbaycanın bir çox dağ çayında daşqınlar və sellərin keçməsi labüddür və ehtimal olunandır. Qeyd etmək lazımdır ki, bu sel və daşqınların keçməsi uzun müddətli yaydan sonra görüləsi vacib olan profilaktik tədbirlərin, yəni su ötürücü qurğuların, ondan sonra xüsusilə şəhərlərdə yağış sularını daşıyacaq kommunikasiya xətlərinin və çay dərələrinin təmizlənməsinə diqqət verilməməsinin nəticəsində olub".
E. Əlizadə qeyd edib ki, payız aylarında sel və daşqın təhlükəsinin vura biləcəyi zərərlərin miqyasını kiçiltmək üçün profilaktik tədbirləri sürətləndirmək lazımdır: "Çay dərələrində sel qoruyucu bəndlərin təmirini, düzənlik çaylarında, xüsusilə Kür çayında dambaların yenidən təmirini və yaxud lazım olan yerdə tikilməsini təmin etməklə gələcəkdə dəyə biləcək ziyanı dəfələrlə azaltmaq mümkündür".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər