Televiziya kanallarına güzəşt olunmayacağı açıqlandı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-10-2015, 22:39 | Şərh sayı: (0) | Baxılıb: 341
Televiziya kanallarına güzəşt olunmayacağı açıqlandı
"Azərbaycan televiziya və radio məkanında verilişlərin aşağı səviyyədə olması cəmiyyəti ciddi narahat edir. Bu məsələdə Milli Teleradio Şurasnın mövqeyi də aydındır. Biz həmişə bu tip verilişlərin olmasını istəməmişik, kanallara da bu tövsiyələri vermişik. Bu tövsiyələr isə nəticəsini verməyib”. İslamazeri.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərəmmli deyib. O xatırladıb ki, ötən il isə Milli Teleradio Şurasının əsasnaməsində dəyişiklik olub, dəyişikliyə əsasən, televiziyalardakı verilişlərin, ümumiyyətlə, televiziya kanallarının lisenziyasının geri alınması ilə bağlı səlahiyyətlər şuraya verilib: "Ona görə də biz bu addımları atırıq. Düşünürəm ki, doğru yoldayıq. Azərbaycan efirindəki sünilük, bayağılıq aradan qaldırılmalıdır. Ailədaxili münaqişələrin həddindən artıq şişirdilməsi, insanların heysiyyatına toxunulması, milli-mənəvi dəyərlərə zidd olan, bununla bir araya sığmayan və çox aşağı səviyyədə olan verilişlər bağlanmalıdır. Biz bu məsələdə qətiyyətliyik. Televiziya kanallarına indiyədək edilən güzəşt daha olmayacaq". Şura sədri deyib ki, televiziyaların reytinqi çox ciddi məsələdir: "Reytinq ölçən təşkilatların işi şübhə doğurur. Biz bu məsələ ilə bağlı düşünürük. Rəqəmsal yayıma keçdikdən sonra çox ciddi addımlar atacağıq”. Əhmədov Qafar / İslamazeri
Mənbə : İslamazeri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər