Bakıda Qafqazın ilk qeyri-adi layihəsi gerçəkləşəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 13:54 | Şərh sayı: (0) | Baxılıb: 368
Bakıda Qafqazın ilk qeyri-adi layihəsi gerçəkləşəcək
Bakı və Bakı şəhəri ətrafındakı yollarda yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikilməsi məqsədəuyğun olan yerlərin siyahısı hazırlanıb. Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
A.Nəcəflinin sözlərinə görə, bununla əlaqədar "Azəryolservis" ASC tərəfindən Nəqliyyat Nazirliyinə təkliflər paketi təqdim edilib. Nazirlik də öz növbəsində təklifləri Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edəcək: "Biz ilkin olaraq əsasən insanların ən çox yolu piyada keçmək məcburiyyətində qaldığı 45 yerdə yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin inşa edilməsini təklif edirik. Həmin ərazilərdə piyadaların yolu keçməsi həm sıxlıq yaradır, həm də onların özünün həyatını təhlükə altına qoyur. Belə keçidlərin inşası isə həm ucuz və qısa müddətə başa gəlir, həm də bu problemləri aradan qaldıra bilər".
"Azəryolservis"in sözçüsü qeyd edib ki, belə növ keçid nümunələri hələlik Azərbaycanda mövcud deyil və bu, bir yenilikdir: "Paytaxtın "Şamaxinka" deyilən ərazisində isə Qafqazda ən müasir keçidin tikilməsi nəzərdə tutulur. Orada yeraltı tunel olduğundan yerə dayaq basdırmaq olmaz. Ona görə də həmin ərazidə yalnız yolun kənarında iki dayaq vurmaqla asma piyada keçidinin inşası təklif olunur".
Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun 8-12-ci km-liyində, yəni Bakı Beynəlxalq Avtovağzalı ilə "Gənclər şəhərciyi" arasında olan hissədə 4, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 13-15-ci km-liyində 2, Bakı-Şamaxı-Yevlax yolunun 11-13-ci km-liyində 2, eləcə də şəhərin mərkəzi küçə və prospektlərində yeni növ piyada keçidlərinin inşası nəzərdə tutulur.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər