Yol polisi rüşvət iddialarına cavab verdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 23:11 | Şərh sayı: (0) | Baxılıb: 320
Yol polisi rüşvət iddialarına cavab verdi
"Əgər Bakının giriş-çıxışlarında yol polisi əməkdaşlarının rayonlardan gələn avtomobil sürücülərindən rüşvət alması faktları varsa, vətəndaşlar bizə müraciət etsinlə"r.
Bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a açıqlamasında sosial şəbəkələrdə yol polisi əməkdaşlarının günün müəyyən edilmiş saatlarında paytaxta girişi qadağan edilmiş Bakı qeydiyyatında olmayan avtomobillərin sürücülərinin bəzilərindən rüşvət alaraq onları şəhərə buraxması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Şöbə rəisi bildirib ki, Bakı qeydiyyatı olmayan avtomobillərin gündüz saatlarında paytaxta daxil olmasının qarşısını almaq üçün şəhərin giriş hissələrində müvafiq postlar yaradılıb və orada xidmət edən yol polislərinin işindən hələ ki, idarəyə rəsmi şikayət daxil olmayıb: "Dedi-qodu və şayiələrə əsasən belə şeyləri danışmaq lazım deyil. Əgər kimdəsə hansısa sürücünün yol polislərinə rüşvət verib postdan keçməsinə dair konkret faktlar varsa, kütləvi informasiya vasitlərinə və ya bizə müraciət edib, həmin faktları təqdim etsin. Biz də onu KİV-in iştirakı ilə araşdıraq. Əgər belə hallar baş veribsə, həmin əməkdaş müvafiq qaydada məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaq. Amma mən belə şeyin baş verdiyini inandırıcı hesab etmirəm".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər