Təqaüdçülərə XOŞ XƏBƏR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 1-10-2015, 20:47 | Şərh sayı: (0) | Baxılıb: 326
Təqaüdçülərə XOŞ XƏBƏR
Gələcəkdə təqaüdçülər istənilən banka məxsus bankomatdan onlardan pul tutulmadan vəsaitlərini çıxara biləcəklər.
Bunu Trend-ə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov deyib.
Onun sözlərinə görə, artıq Mərkəzi Banka sözügedən məsələ ilə bağlı təkliflər göndərilib.
Mərkəzi Bankda hazırda bu istiqamətdə iş aparılır: "Beynəlxalq təcrübədə təqaüdçünün istənilən bankomatdan ondan pul tutulmadan vəsaitini çıxarması "interfeys" əməliyyatı adlanır. Biz bu əməliyyatla bağlı təkliflər versək də, bunun nizamnaməsini təsdiq edən Mərkəzi Bankdır. Bankların öz siyasəti var. Bunu necə razılaşdırırlar, vəsaitin tutulmamasını hansı qaydada bir-birilərinə öturülməsi onlara aid məsələdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər