Namizədlər seçkiyə nə qədər pul xərcləyə bilərlər? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 23:09 | Şərh sayı: (0) | Baxılıb: 264
Namizədlər seçkiyə nə qədər pul xərcləyə bilərlər?
9-31 oktyabr tarixlərində Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyi qeydə alınan şəxslər təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. Hələlik heç bir namizəd bu kampaniyanı necə təşkil edəcəyini və nə qədər pul xərcləyəcəyini açıqlamayıb.
Əslində namizədin seçki kampaniyasına xərcləyəcəyi pullar cəmiyyətdə maraqla qarşılanır.
AzVision.az məsələnin hüquqi tərəfi ilə bağlı araşdırma aparıb.
Seçki Məcəlləsində namizədlərin seçkilərə xərcləyə biləcəkləri vəsaitlər barədə maddələr göstərilib. Seçki Məcəlləsinin 156-cı maddəsinə əsasən, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan yuxarı ola bilməz.
Siyasi partiyalar üçün isə bu hədd 150 min manat göstərilib. Qanunvericilikdə seçki fondunun minimal həddi göstərilməyib. Yəni namizəd seçkidə pul xərcləməyə də bilər.
Namizədin fonduna yardım etmək istəyən fiziki şəxs 3000 manatdan artıq könüllü ianə verə bilməz. Namizədə yardım etmək istəyən hüquqi şəxslər isə maksimum 50 min manat ianə köçürə bilərlər.
Ancaq Seçki Məcəlləsinə görə, dövlət qulluğunda olanlar, hərbçilər, vətəndaşlığı olmayanlar, xarici ölkə vətəndaşları və xarici hüquqi şəxslər namizədin fonduna pul keçirə bilməzlər.
Eyni zamanda nizamnamə kapitalında iştirak payı 30 faizdən çox olan hüquqi şəxslər, beynəlxalq qurumlar və beynəlxalq ictimai hərəkatlar, hərbi, dini birliklər, xeyriyyə müəssisələri də namizədə seçki üçün vəsait ödəyə bilməzlər.
Bununla belə namizədin seçki fonduna pul verənlər anonim qala bilməzlər. Yəni bu məsələdə şəffaflıq nəzərə alınmalıdır.
Deputatlığa namizəd pulu necə gəldi xərcləyə bilməz. Belə ki, seçki dönəmində namizədlərin xərclədikləri pulların miqdarına MSK-nın Maliyyə-Təftiş Qrupu nəzarət edir.
Bütün namizədlər seçki fondu üçün özlərinin bankda hesablarını açmalı və onlar Dairə Seçki Komissiyalarında yerləşir.
Seçki prosesi dövründə namizədlər üç dəfə - imza vərəqələri təhvil verəndə, təbliğat prosesində və seçki başa çatdıqdan sonra maliyyə hesabatı verməlidirlər. Maliyyə hesabatlarını həm Dairə Seçki Komissiyası, həm də MSK-nın Maliyyə-Təftiş Qrupu yoxlayır, ciddi pozuntular namizədliyin ləğvinə qədər cəzalandırıla bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər