Avropalılar Azıx mağarasını xilas edəcəklər? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-09-2015, 18:11 | Şərh sayı: (0) | Baxılıb: 312
Avropalılar Azıx mağarasını xilas edəcəklər?
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk plenar iclasında Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) fəaliyyətdə olan sədri, Bosniya-Herseqovinanın xarici işlər naziri İqor Qrnadak AŞNK-nın fəaliyyətinə dair hesabatla çıxış edib.
APA xəbər verir ki, çıxışdan sonra İ. Qrnadak deputatların, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun "Nazirlər Komitəsi səlahiyyətləri çərçivəsində Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində, Azıx mağarasında apardığı qeyri-qanuni arxeoloji araşdırmaların dayandırılması üçün hansı addımlar ata bilər?" sualını cavablandırıb.
AŞNK-nın fəaliyyətdə olan sədri məsələni önəmli hesab etdiyini deyərək, ölkəsinin nümunəsində bunun nə qədər həssas, siyasi və tarixi əhəmiyyətli olduğunu yaxşı anladığını bildirib. Buna oxşar problemlərlə bağlı ölkəsinin parlamenti və hökuməti səviyyəsində dəfələrlə müzakirələr aparıldığını deyən nazir təəssüflə qeyd edib ki, hələlik Avropa Şurası Nazirlər Komitəsində bu məsələyə baxılmayıb.
İ. Qrnadak mədəni və tarixi irsin mənimsənilməsi, belə qanunsuz arxeoloji tədqiqatların yolverilməz olduğunu bildirərək üzv ölkələrin hər birinin beynəlxalq konvensiyalara əməl etməyə borclu olduğunu vurğulayıb. Nazirlər Komitəsinin bu istiqamətdə müzakirələr aparmağa hazır olduğunu bəyan edən İ. Qrnadak bir daha Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün bütün istiqamətlərdə dialoqun ardıcıllığı və dərinləşdirilməsinin zəruriliyini önə çəkib.
Xatırladaq ki, 700 min il əvvələ aid olan, Avropa insanının ilk yaşayış məskənlərindən sayılan Azıx mağarası ermənilərin işğal etdikləri Füzuli şəhərinin yaxınlığında yerləşir. Erməni işğalçıları bir müddət buranı silah anbarına çeviriblər, sonra isə əsgərlər üçün atış poliqonuna döndəriblər. Hazırda Ermənistan xarici alimləri də cəlb etməklə, burada qanunsuz arxeoloji qazıntılar aparır.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər