Səcdə zamanı yanaqlarını möhürün üstünə qoyulmasının mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-04-2017, 16:53 | Şərh sayı: (0) | Baxılıb: 190
Səcdə zamanı yanaqlarını möhürün üstünə qoyulmasının mənası nədir?
Sual: Bəzi böyük alimlərin səcdə zamanı çəkilmiş fotosundan görünür ki, yanaqlarını möhürün üstünə qoyublar. Bu cür səcdənin mənası nədir?
Cavab: İslam şəriətinə görə, namazda vacib olan səcdə alnın yerə qoyulması ilə baş tutur və üzrsüz yerə (yara və sairə halları çıxmaqla) alından başqa sifətin hər hansı hissəsini yerə qoymaqla səcdə düz olmaz. Amma müstəhəb olan bəzi səcdələrdə yanaqlar da yerə qoyulur. Şükür səcdəsini etməyin müstəhəb qaydası odur ki, əvvəlcə adi qaydada alın ilə səcdə edilir. Sonra əvvəlcə sağ yanaq, daha sonra sol yanaq möhürün üzərinə qoyulur və müstəhəb zikrlər deyilir. Axırda yenə adi qaydada səcdə edilir. Buna şəriətdə “tə’fir” deyilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər