Nə üçün şiələr möhürə, daşa, torpağa və ya həsirə səcdə edir, sünnilər isə bunu zəruri saymırlar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-01-2016, 21:14 | Şərh sayı: (0) | Baxılıb: 538
Nə üçün şiələr möhürə, daşa, torpağa və ya həsirə səcdə edir, sünnilər isə bunu zəruri saymırlar?
Sual: Nə üçün şiələr möhürə, daşa, torpağa və ya həsirə səcdə edir, sünnilər isə bunu zəruri saymırlar?
Cavab: Şiə fəqihləri həzrət Peyğəmbər (s) və imamların buyuruqlarına əsasən fətva vermişlər ki, səcdə edilən şey ya torpaq,
ya da torpaqdan göyərən və yeməli, geyməli olmayan, mədəndən çıxmamış şey olmalıdır. Bir sözlə xalı-xalça və digər dünya malları insanın diqqətini cəlb etdiyindən onun ixlasını azaldır. Belə şeylərə səcdə qadağandır.("Vəsailüş-şiə”, fəsil 1, hədis 1.)Möhür heç bir xüsusiyyətə malik olmadığından və onu gəzdirməklə təmizliyə riayət etmək mümkün olduğundan onunla namaz qılmaq münasib bilinmişdir. Şiəlikdə möhürdən əlavə daşa, mərmər döşəməyə, ağaca, həsirə kağıza, gil təsbehə səcdə etmək caizdir. Sünnilər isə hər şeyə, eləcə də xalçaya səcdə etməyi düzgün sayırlar. Onlarda da səcdə yerinə aid şərtlər var. Məsələn, səcdə yeri quru olmalı, yumşaq olmamalıdır.(Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 232)
Məscidün-nəbidə bir vəhhabi dedi: "Nə üçün şiələr məscidin daş döşəməli hissəsində namaz qılırlar? Məgər behişt oradadır.” Cavabında dedim: Əvvəla, şiələr öz fəqihlərinin fətvasına əsasən daş döşəmə üzərində namaz qılırlar. İkincisi, siz də belə etməlisiniz, çünki mötəbər kitabınız olan "Səhihe Buxari”də nəql olunur ki, Allahın Rəsulu (s) buyurmuşdur: "Yer mənim üçün səcdə və təyəmmüm yeri qərar verilmişdir.”("Səhihe-Buxari”, təyəmmüm kitabı, fəsil 1, hədis 335.) Amma sizin üstündə namaz qıldığınız xalılar yer deyil və siz Allahın rəsulunun göstərişinə əməl etmirsiniz. Bundan əlavə xalılar daim ayaq altında olduğundan onlara səcdə etmək sağlamlığa zərərdir. Mən əlimdəki gil təsbehə səcdə edərəm, amma o çirkli xalçaya yox. Siz də ona səcdə etməyin.
Həmsöhbətim gülümsünüb dedi: "Bizim fiqhimizdə xalıya səcdə etmək caizdir.”
Soruşdum ki, əgər bu xalılar yaş olsa, ona səcdə edərsənmi? Bildirdi ki, xeyr, quru bir tərəfə gedərəm. Dedim ki, məgər həmin quru yer behiştdir?! İşarəmi başa düşüb gülümsündü. Soruşdu ki, bəs nə üçün bəzi şiələr xalıya səcdə edir? Dedim: onlar siz vəhhabilərin qorxusundan belə edirlər. Bəzi şiə fəqihlərinin fətvasına görə vəhdəti qorumaq, təfriqədən çəkinmək məqsədi ilə Məkkə və Mədinə kimi yerlərdə xalıya səcdə etmək olar.
Bu izahımdan xoşhal olan həmsöhbətim dedi: "Mən vəhhabi deyiləm, malikiyəm. İşin nə yerdə olduğunu bilmək istəyirdim.” Sonra vəhhab ilərə nifrətini bildirdi və dedi ki, onlar təəssübkeş və quru adamlardır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər