BİR UŞAĞIN HEKAYƏSİ |
Müəllif: Hicab Delisi | Bölmə: Məqalələr | Vaxt: 5-11-2014, 17:55 | Şərh sayı: (0) | Baxılıb: 1152
Bir Uşağın Hekayəsi
Hələ saf uşaq idim. Xəbərim yox idi dünyanın çirkinliklərindən.
Həmişə balaca Tural olaraq qalacağımı zənn edirdim.
Yay tətilində dini məktəbə yazıldım. Dinimizi daha yaxından öyrənmək üçün.
Hələ 10 yaşım var idi. tamamən uşaq ağlında idim.
Dini məktəbdə dinimizi öyrənməyə başladım. İmanın, İslamın şərtlərini öyrəndim.
10 yaşım olmasına baxmayaraq mən artıq bütün bunları eləməyə çalışırdım.
Bir dəfə meçiddə namaz qılanlara baxanda onların səcdə edərkən alınlarını çox bucaqlıya bənzər daşa qoyduqlarını gördüm.
Maraqlı gəldi və bunu din müəllimimizdən sörüşdüm.
- Onlar niyə alınlarını o daşa qoyur dedim
- O daş dediyin Məkkə torpağına səcdə etmək üçün istifadə olunur.
- Axı onlar Məkkədən gəlmir, qarşı tərəfdə meçid var orda hazırlanır dedim
- Oğlum... önəmli olan niyyətdir dedi. Onlar ona alınlarını qoyarkən səcdəni məkkə torpağına alın qoyduqları niyyətində olurlar. Çünki sahabilər səcdə edərkən alınlarını torpağa qoyublar.
- Deməli önəmli olan niyyətdirdəəə... yəni niyyətimdə nədirsə ora səcdə etmiş oluramda???
- (müəllim gülümsədi)
uşaq idim anlamadım tam olaraq müəllimin nə demək istədiyini.
balaca Turalın beynində suallar yaranmışdı.. ahaa deməli önəmli olan niyyətdir.
Namaz qılmaz üçün anamın mənə verdiyi kiçik bir xalça var idi. Bu xalça sadəcə Namaz qılmaq üçün idi.
Qaçaraq xalçanı götürüb anama dedim, ana nə olaaaar bir dənə bax buraaa ayağını bas. xahiş edirəm.
anam heçnə anlamadı, gözləri parıldayan, ağlında min sual olan Turalnın dediyini elədi.
Hər gün namaz qılarkən səcdəmi anamın ayağını qoyduğu yerə elədim. Daim alnımı həmin nöqtəyə qoydum.
Bir gün yenə dini məktəbdə dərsdə olarkən bir uşaq mənim verdiyim sualı müllimə verdi.
- Müəllim onlar niyə alnını ora qoyur cavabını vermək istəyəndə mən sinəmi qabağa verib, özümü böyük qəhrəman hiss edərək dedim:
- MƏN ANLIMI CƏNNƏTƏ QOYURAM!
Hər kəs təəccüblə baxdı mənə...
- Tural, bu necə olur?
- Müəllim siz demədiniz önəmli olan niyyətdir??? Mən də anama dedim alnımı qoyan yerə ayağını qoysun. axı Cənnət anaların ayaqları altındadır.
Məndə həmin yerə səcdə edirəm. Mən alnımı cənnətə qoyuram!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər