Müctəhid rəhmətə gedəndə ona təqlid edənlər nə etməlidirlər? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 25-04-2016, 19:30 | Şərh sayı: (0) | Baxılıb: 284
Müctəhid rəhmətə gedəndə ona təqlid edənlər nə etməlidirlər?
Sual: Müctəhid rəhmətə gedəndə ona təqlid edənlər nə etməlidirlər?
Cavab: Şiə məzhəbinə görə insan şəriət hökmlərində diri müctəhidə təqlid etməlidir. Rəhmətə getmiş müctəhidə təqlid etməyə başlamaq olmaz. Yəni insan yetkinlik yaşına çatanda mütləq diri müctəhidə təqlid etməyə başlamalıdır. Həmçinin, bir müctəhid rəhmətə gedirsə, onun müqəllidləri başqa ölü müctəhidin təqlidinə keçə bilməzlər. Gərək mütləq ya ən elmli diri müctəhidə təqlid etsinlər, ya da həmin rəhmətə getmiş müctəhidə təqlid etməkdə davam etsinlər. Əgər insan bir müctəhidin sağlığında onun hər hansı fətvasına əməl etmişsə, həmin müctəhid dünyasını dəyişəndən sonra da onun təqlidində qala bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər