Əlinin (ə) evinin əşyaları |
Müəllif: Eli Aşiqi | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 3-02-2015, 01:13 | Şərh sayı: (0) | Baxılıb: 589
Əlinin (ə) evinin əşyaları
Peyğəmbərin (s) qızı Fatimənin (ə) sadə cehiz əşyaları ilə tanışlıqdan sonra şiələrin birinci imamı Əlinin (ə) də evinə baş çəkmək və o həzrətin evində hansı əşyaların olduğunu bilmək yerinə düşər. Həmin müqəddəs evlə tanışlıq birincisi, şiələrin birinci imamının necə bir sadə evdə yaşadığını göstərir. İkincisi isə, Peyğəmbərin (s) qızının bir gəlin kimi necə bir evə qədəm qoyduğunu bizə məlum edir. Bundan əlavə, Peyğəmbərin (s) kürəkəninin maddi vəziyyəti ilə tanış olmaq imkanını da bizə verir.
İslam tarixçiləri yazırlar ki, Əli (ə) toy günü üçün, hörmətli həyat yoldaşının rifahı üçün yalnız aşağıdakı sadə ev əşyalarını tədarük etmiş və satın almışdı:
1. Paltar və su tuluğu asmaq üçün bir taxta asılqan;
2. Bir ədəd qoyun dərisi;
3. Bir ədəd mütəkkə (yastıq);
4. Bir ədəd su tuluğu;
5. Bir ədəd un ələyi.
Bəli, Əlinin (ə) ailəsi üçün yaşayış vasitələri kimi satın aldığı əşyaların hamısı bunlar idi. Əli (ə) onları cəmi bir neçə dirhəmə satın almışdı.
Kirayə mənzil
Peyğəmbərlik və imamlıq ailəsinin o ən böyük, ən ali bəylə gəlini – Əli (ə) və Fatimə (ə) evləndikləri ilk gündən başlayaraq kirayə götürdükləri kiçik mənzildə yaşayırdılar. Mədinə şəhərinin alaqapısının yaxınlığında Qəba adlanan məhəllədəki bu mənzil məscidin kənarında idi. Onun sahibi Loğmanın övladlarından olan Harisə idi. Bu iki böyük şəxs həmin kiçik evdə yoxsulluq və kasıblıq içində yaşasa da, onların heç bir şikayət və gileyləri yox idi. Ona görə ki, onlar üçün həyatda mühüm və vacib olan şey yalnız və yalnız saflıq və mənəvi təmizlik idi. Həmin keyfiyyətlər isə bu iki gəncdə kifayət qədər var idi.
Bəzi tarix kitablarında yazıldığına görə həmin ev İslam peyğəmbərinin (s) mənzilindən uzaqda yerləşirdi və qızı Zəhra (ə) ilə kürəkənini tez-tez görməyə böyük həvəsi olan kəramətli Rəsul (s) üçün bu uzaq məsafəyə gedib-gəlmək çətinlik törədirdi. Buna görə də Peyğəmbər (s) bir gün yenə də adəti üzrə Fatimənin (ə) mənzilinə təşrif gətirərkən buyurdu: "Qızım, istəyirəm, sizi öz mənzilimizin yanında olan bir evə köçürəm ki, səni tez-tez və asanlıqla görə biləm.”
Fatimə (ə) möhtərəm atasına dedi: "Harisənin daha bir neçə evi var. Onunla söhbət edin, bəlkə bizim üçün ayrı bir ev ayırdı.”
İslam peyğəmbəri (s) buyurdu: "Harisə indiyədək bizim üçün çox mənzil boşaldıb və özü gedib uzaqda yaşayıbdır. Buna görə də bu barədə onunla bir daha danışmağa üzüm gəlmir.”
Bu xəbər Harisəyə çatcaq özünü Rəsulun (s) xidmətinə yetirib dedi: "Ey Allahın Rəsulu (s), mən bütün malımla bərabər Sizin ixtiyarınızdayam. İndi isə çox istəyirəm ki, mənə minnət qoyub Fatimeyi-Zəhranı (ə) mənim öz mənzilimə köçürülməsinə icazə verəsiniz.”
Beləliklə, Allahın Rəsulu (s) Fatiməni Harisənin daha yaxında yerləşən başqa bir evinə köçürtdü.
Bu xəbər başqa rəvayətlərlə də təsdiq olunur. Bir çox hədis kitablarında və tarixi mənbələrdə göstərildiyi kimi, İslamın ulu Peyğəmbəri (s) toy günü Fatiməni (ə), üstündə bir qətifə olan öz dəvəsinə mindirdi və Salmana buyurdu ki, gəlinin dəvəsinin cilovunu tutub aparsın.
Bu hədis göstərir ki, Peyğəmbərin (s) evi ilə kürəkəninin evi (indi İslam dünyasının gəlininin yola düşdüyü ev) arasında kifayət qədər fasilə var idi. Belə olmasaydı, hörmətli gəlinin bu qədər yolu dəvə üstündə getməsinə heç bir ehtiyac olmazdı. Düzdür, gəlinin dəvə üstündə aparılmasını o dövrün adəti kimi də
qəbul etmək olar. Lakin qeyd etmək lazımdır ki, İslamın ulu Peyğəmbəri (s) – bir çox zərərli adətlərə son qoyan o böyük şəxsiyyət belə məsələlərə fikir verməzdi. Bu cür əhəmiyyətsiz adətlər onun üçün ümumiyyətlə mövcud deyildi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər