Ailə qurmaq üçün istixarə etmək olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 5-11-2015, 23:46 | Şərh sayı: (0) | Baxılıb: 578
Ailə qurmaq üçün istixarə etmək olarmı?
İstixarə o zaman edilir ki, insan bir işin xeyir və ziyanları barədə lazımi təsəvvürə malik deyil.
Bir işi edərkən, onun pis yoxsa yaxşı nəticə verəcəyini bilmir. Buna görə Allahdan cavab istəyir və istixarə edir. Ailə qurmaq üçün istixarə etmək bəyənilmir. Çünki bu işin müsbət və mənfi tərəflərini ağılla düşünərək və araşdırma apararaq öyrənmək olar. Ailə qurmazdan qabaq insan qarşı tərəfi yaxşı tanımalı, onunla öz dünyagörüşünü müqayisə etməli, onun əsil-nəcabəti ilə maraqlanmalı, xarici görünüşü haqqında təsəvvür əldə etməlidir. Bu barədə istixarə etməyin mənası yoxdur. Çünki əldə olunan məlumatlardan gələcək üçün proqnoz qurmaq mümkündür. Məşhur alimlərin bəziləri ümumiyyətlə, evlənmək haqqında istixarə etmək təkliflərinə mənfi cavab vermişlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər