“Məhrəm qadın” və “halal qadın” ifadələrinin fərqi varmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 5-05-2016, 00:00 | Şərh sayı: (0) | Baxılıb: 854
“Məhrəm qadın” və “halal qadın” ifadələrinin fərqi varmı?
Sual: “Məhrəm qadın” və “halal qadın” ifadələrinin fərqi varmı?
Cavab: Dilimizdə bu ifadələr adətən eyni mənada işlədilir. Amma dəqiqlik baxımından deməliyik ki, bunların arasında müəyyən məna fərqi vardır. Məhrəm qadın şəriətdə o şəxsə deyilir ki, onunla evlənmək olmaz (“məhrəm” – haram, qadağan olmuş deməkdir). Məsələn, ana, bacı, bibi, xala, qaynana, bacı qızı, qardaş qızı, süd anası, süd bacısı və başqaları. Bunlar insana məhrəm (haram) sayılır və onlarla heç vaxt ailə qurmaq icazəli deyil. Məhrəm qadınlar adamın yanında hicaba riayət etməsələr də olar. Amma “halal qadın” ifadəsi adətən, kəbin vasitəsilə insana halal olan qadınlara aid edilir. Bir daha deyirik ki, ənənədə çox vaxt bu iki söz oxşar və eyni mənada istifadə edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər