“Müztər” kimə deyilir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 26-11-2015, 11:38 | Şərh sayı: (0) | Baxılıb: 783
“Müztər” kimə deyilir?
”Müztər” ərəb sözüdür, “əli hər yerdən üzülmüş” kimi tərcümə olunur. “Nəml” surəsinin 62-ci ayəsində buyurulur: «(Bütlər yaxşıdır) Yoxsa əli hər yerdən üzülüb darda qalan kimsənin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin edən kəs?!».
Sözsüz ki, Allah-Taala Onu çağıran insanların duasını qəbul edir. Amma yuxarıdakı ayədə zikr olunan xüsusiyyət fərqlidir. Belə ki ayədə söhbət çarəsizlik halında edilən duadan gedir və bu hal duanın qəbul olunmasının əsas şərtlərindən biridir. Bu cür insan probleminin həllində yalnız Allahı çarə bilir və Ondan başqa heç kəsdən yardım gözləmir.
Ayədə deyilmir ki, mömin bəndə əlini yanına salaraq, ətalət halında qalıb Allahdan çarə gözləməlidir. Sadəcə bunu bilmək lazımdır ki, hər şey Allahın iradəsindən asılıdır, bunu unutmamaq lazımdır. İmam Sadiq (ə) buyurur: «Bu ayə Muhəmməd (s) ailəsindən olan imam Mehdi (ə) haqqındadır. And olsun Allaha, «müztər» odur. O, İbrahim məqamında durub əllərini Allah dərgahına qaldırar və dua edər. Allah-Taala onun duasını qəbul edib bütün narahatçılıqları aradan qaldırar və onu yer üzünə xəlifə təyin edər».
Sözsüz ki, ayə yalnız İmam Mehdiyə (ə) aid deyil, bəlkə də bu hala düşmüş hər bir kəsə şamil edilə bilər. Ancaq ayənin məfhumunun aydınlaşması üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) zühurundan əvvəl dünyanı zülmün bürüyəcəyi və bir çox insanın əlinin hər yerdən üzüləcəyini dini mənbələrdə qeyd edilmişdir. Dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar Allah dərgahına əl açıb qurtuluş istəyəcəklər. Allah bu duaları qəbul etməklə İmam Mehdinin (ə) zühuru gerçəkləşəcəkdir.
- See more at: http://imamzaman.az/index.php?do=meqale&id=134#sthash.1616Bnku.dpuf
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər