Fədəyin gəliri fəqir-füqəraya çatır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-10-2015, 01:16 | Şərh sayı: (0) | Baxılıb: 369
Fədəyin gəliri fəqir-füqəraya çatır
Həzrət Zəhra (s.ə) Fədəyin idarə olunması üçün bir numayəndə təyin etdi. Fəhlələridə ona tapşırdı. Lazım olan hesabatdan sonra Fədəyin illik xalis mənfəəti Həzrət Zəhra (s.ə)-ya təqdim olunurdu.
Fədəyin illik gəliri 70000 qızıl sikkədən 120000 qızıl sikkəyə qədər olurdu. Fatimə (s.ə) hər il öz ehtiyacatı qədər bu məbləğdən götürür və qalanını isə fəqir-füqəraya paylayırdı. Peyğəmbər (s) dünyadan gedənə qədər Fədəyin gəliri bu cür xərcləndi. Ehtiyacı olanların çoxu Fədəyin gəlirinə göz dikmişdilər. Onlar, Fatiməyi-Zəhranın (s.ə) bəxşiş və hədiyyəsi ilə öz ehtiyacatını ödəyirdilər.
Bura qədər verdiyimiz qısa məlumat Fədəyin necə fəth olunması, yəhudilərin əlindən çıxması, Peyğəmbərin (s) şəxsi mülkü olması və həzrətin vasitəsi ilə onun Fatiməyə (s.ə) hədiyyə olunması haqqında idi. Fatiməyi-Zəhra (s.ə) 4 il malikiyyət dövrü Fədəyin ən şirin dövrü oldu. Nəhayət, Fədəyi qəsb edərək, onu Fatiməyi-Zəhranın əlindən aldılar. Fədəyin keçmiş şirin xatirələrini Fatimə (s.ə) və onun şiələri üçün acı etdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər