Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-06-2016, 19:21 | Şərh sayı: (0) | Baxılıb: 848
Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?
Sual: Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi? Bismillahsız kəsilən heyvanın dərisindən düzəldilmiş qayışla namaz qılmaq olarmı?
Cavab: Namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir. Bunlar murdar materialdan (məsələn, bismilahsız kəsilən heyvanın və ya it, donuz kimi zatən nəcis olan heyvanın dərisindən) hazırlanmayıbsa, sonradan nəcasətə bulaşıbsa, onunla namaz qılmaq olar. Qayışın da hökmü belədir. Amma qayış bismillahsız kəsilən heyvan dərisindən hazırlanıbsa, onunla namaz qılmaq olmaz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər