Toy gecəsi qılınan namaz, oxunan dualar və yaxınlıq etməyin göstərişləri |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 25-12-2015, 16:44 | Şərh sayı: (0) | Baxılıb: 2314
Toy gecəsi qılınan namaz, oxunan dualar və yaxınlıq etməyin göstərişləri
İmam Məhəmməd Baqir (ə) buyurur: "Toy gecəsi (Zifaf gecəsi) hər ikiniz dəstəmaz alın və iki rükət namaz qılın, sonra Allaha şükr edib Məhəmməd və ali Məhəmmədə salavat göndərin. Sonra yatağa girməzdən əvvəl bu duanı oxuyun: (kişiyə aiddir)
(Allahummərzuqni ulfəha və vuddaha və rizaha və ərzini vəcmə bəynəna bi əhsəni ictimain və ənəsə itilaf fə innikə tuhibbul-həlal və tukrihul-həram)
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Yaxınlıq etməzdən əvvəl əlini gəlinin alnına qoy və bu duanı oxu.”
(Allahummə bi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltuha fə in qəzəytə li minha vələdən fəcəlhu mubarəkən təqiyyən min şiəti ali Muhəmməd və la təcəl-lişşəytani fiyhi şəriykən və la nəsiybən).
Bu duanı öyrətdikdən sonra İmam Sadiq (ə)-dan soruşurlar. "Şeytan dünyaya gələcək övladın nütfəsində necə şərik ola bilər. Buyurur: Yaxınlıq edilən zaman Allahın adı çəkilməzsə şeytan da bu yaxınlıqda iştirak edər və dünyaya gələcək körpənin nütfəsində şərik olar. Biz Əhli-beyti sevən şəxslərə nüfus edə bilməyir. Bizimlə düşmənçilik edənlər ana bətninə düşdüyü andan Şeytan ilə şərik olarlar.
Züfaf gecəsi oxunan dualar:
(Allahummə əla kitabikə təzəvvəctuha və fi əmanətikə əxəztuha və bikəlimatikə istəhləltu fərcəha fə in qəzəytə li fi rəhmiha şəyən fəcəlhu səviyyən və la təcəlhu şəriykə şəytan).
(Allahummərzuqni vələdən vəcələhu təqiyyən zəkiyyən ləysə fi xəlqihi ziyadətun vəla nuqsanun vəcəl aqibətuhu ila xəyr).
(Bismillahir-rəhmanir-rəhim. Əlləzi La ilahə illa huvə. Bədiyussəmavati vəl-ərz. Allahummə in qəzəytə minni fihazihil ləyləti xəliyfətən fəla təcəl lişşəytani fiyhi şəriykən və la nəsiybən və la həzzən vəcələhu muminən muxlisən musəffa minəşşəytan və riczihi cəllə sənauk).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər