Qan nəcis (murdar) sayılırmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 7-05-2016, 23:34 | Şərh sayı: (0) | Baxılıb: 390
Qan nəcis (murdar) sayılırmı?
Sual: Qan nəcis (murdar) sayılırmı?
Cavab: Qurani-kərimdə buyurulur: “De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm” (Ənam, 145). İslam məzhəblərində üstünlük təşkil edən rəyə görə axar qan nəcis (murdar) sayılır. Ona görə də qana bulaşmış hər şey yuyulub pak olunmalıdır. Alimlərin kiçik bir hissəsi qanın pak olduğu qənaətindədir. Təxminən iki əsr bundan əvvəl ilk dəfə bu fikri yəmənli əhli-sünnə alimi İmam Şovkani irəli sürmüşdür. Son dövrlərdə bəzi sələfi alimləri də qanın pak olmasına fətva vermişlər. Bunların sırasında Albani və İbn Üseymini qeyd etmək olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər