Orucun dərəcələri |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 15-06-2015, 01:42 | Şərh sayı: (0) | Baxılıb: 638
Orucun dərəcələri
Sual 5: Mə`lum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi adamların orucu növlərinə bölmüşlər. Bunun dini əsası varmı?
Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.»
İmam Sadiq (ə) xüsusi mö`minlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»
Həzrət Əli (ə) isə daha xüsusi mö`minlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər